“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
Daşkənd, 11 dekabr, АZƏRTAC
Daşkənddə çap olunan “Kitob dunyasi” qəzetində özbək ədəbiyyatının klassiki, soydaşımız Maqsud Şeyxzadə haqqında filologiya elmləri diktoru, professor Yuldaşxuja Salojonovun "Lirik poeziyada ahəng və ritm mütənasibliyi" sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, qəzetin həmin nömrəsində Azərbaycan şairləri Əkbər Qoşalı, Tural Turan və İntiqam Yaşarın şeirləri də yer alıb.
Xatırladırıq ki, qəzet müntəzəm olaraq Azərbaycan alimlərinin məqalələrinə, şair və yazıçılarımızın əsərlərinə yer ayırır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd