KİV nümayəndələri Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən yoldaşlıq görüşündə qalib gəlmişlər
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Azərbaycan futbolunun 100 illiyi münasibətilə KİV nümayəndələri ilə Milli Məclisin deputatları arasında yoldaşlıq görüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına stadionda gərgin idman mübarizəsi şəraitində keçən oyun 5:4 hesabı ilə KİV nümayəndələrinin xeyrinə başa çatmışdır.
Oyundan sonra AFFA-nın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev komandalara kubok və xatirə hədiyyələri təqdim etmişdir.
Qarşılaşma Mətbuat Şurası və Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilmişdir.
Xatırladaq ki, yubiley münasibəti ilə martın 19-da “Şəfa” stadionunda keçirilmiş ilk qarşılaşmada polislər jurnalistlərə 5:4 hesabı ilə qalib gəlmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]
Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub
- 09.09.2026 [10:44]
Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib
- 09.09.2026 [10:25]
"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib
- 09.09.2026 [10:16]