Kiyev Avropa İttifaqı ilə dialoqun çətin keçdiyini etiraf edib
Bakı, 5 oktyabr, AZƏRTAC
Ukraynanın hakimiyyət orqanları Avropa İttifaqı ilə maliyyə yardımı və sanksiyalara dair dialoqun hər zaman çətin keçdiyini etiraf edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişina “El Pais” qəzetinə müsahibəsində deyib. O qeyd edib ki, Kiyev Avropa İttifaqı ilə müxtəlif məsələlər, o cümlədən hərbi yardım, sanksiya və ya islahatlar proqramı üzrə mütəmadi dialoq aparır.
“Biz Brüsselin siyasi meyarlarla bağlı tələb etdiyi islahatları yerinə yetirdik. Əgər Avropa Komissiyası bunu müsbət qiymətləndirsə, Aİ-yə üzvlüklə bağlı danışıqlar tez bir zamanda başlamalıdır”, - deyə Olqa Stefanişina bildirib.
Onun sözlərinə görə, Ukrayna Baş Prokurorluğu 2023-cü ilin birinci rübündə korrupsiya halları ilə bağlı 2,4 mindən çox cinayət işi açıb və həmin işlər üzrə 2 minə yaxın hökm çıxarılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 51,8 faiz çoxdur. Bundan əlavə, təxminən 19 milyon dollar dəyərində əmlaka həbs qoyulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]
Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır
- 02.10.2026 [11:15]
Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir
- 02.10.2026 [10:36]
Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur
- 02.10.2026 [08:54]
“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək
- 02.10.2026 [08:12]
Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]