Kiyevdə elektrik enerjisi ilə bağlı vəziyyət mürəkkəb olaraq qalır
Bakı, 22 dekabr, AZƏRTAC
Hazırda Ukraynada elektrik təchizatı ilə bağı ən mürəkkəb vəziyyət paytaxt Kiyevdə müşahidə edilir.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə “Yasno” elektrik təchizatı kompaniyasının Baş direktoru Serqiy Kovalenko feysbuk səhifəsində yazıb.
“Yaxşılığa doğru dəyişiklik yoxdur. Bu gün ölkədə elektrik təchizatı ilə bağlı ən çətin vəziyyət Kiyevdə müşahidə edilir. Bəzi rayonlara sutka ərzində yalnız 5 saat, bəzilərinə 2-3 saata yaxın elektrik enerjisi verilir. Sonuncu hava hücumundan sonra isə ümumiyyətlə elektrik enerjisi verilməyən rayonlar da var. Yüksək gərginlikli avadanlıqların zədələnməsi səbəbindən paytaxt ölkənin enerji sistemindən qidalana bilmir”, - deyə Serqiy Kovalenko bildirib.
Onun sözlərinə görə, Kiyevdə əsas problem generasiya ilə yox, şəbəkələrlə bağlıdır. “Transformatorların 60 faizi olmadıqda şəbəkə işləyə bilmir. Avadanlıqların olmadığı yerlərə elektrik enerjisi vermək mümkün deyil”, - deyə kompaniyanın baş direktoru əlavə edib.
Bir müddət öncə Energetika Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Xarçenko Kiyevdə elektrik enerjisi çatışmazlığının təxminən 60-65 faiz olduğunu bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]
Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir
- 18.06.2026 [18:52]