“KLASSİK AZƏRBAYCAN MUSİQİSİ” ALBOM DİSKLƏRİ ARXİVƏ HƏDİYYƏ OLUNMUŞDUR
ABŞ-da nəşr olunan “Azərbaycan İnternəşnl” jurnalının baş redaktoru xanım Betti Bleyer bu yaxınlarda Bakıya səfəri zamanı Azərbaycan Dövlət Səs Yazıları Arxivində olmuşdur. Zəngin fono sənədlərlə tanışlıqdan, habelə dahi Üzeyir Hacıbəyovun musiqisi yazılmış lent yazılarını dinləməkdən məmnun qalan amerikalı qonaq vətənə yola düşməzdən əvvəl muzeyə ABŞ-da buraxılmış ”klassik Azərbaycan musiqisi” adlanan iki albom-diski arxivə hədiyyə etmişdir. Arxivin şöbə müdiri Xalidə Fərəcullayeva AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, 7 diskdən ibarət olan birinci alboma Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Koroğlu” operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları daxildir. İkinci albom Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Fikrət Əmirovun, Qara Qarayevin, Soltan Hacıbəyovun və başqalarının əsərlərindən ibarətdir.
Hər iki albom-diskə musiqi əsərlərinin müəllifləri və ifaçılar barədə soraq kitabçası əlavə edilmişdir ki, bu da xarici ölkə dinləyicilərinə Azərbaycan musiqisi və onun yaradıcıları barədə dolğun məlumat verir.
“Statoyl” və “Amoko” şirkətlərinin sponsorluğu ilə yazılmış və nəfis şəkildə tərtib edilmiş 13 diskdən ibarət bu albomlar Azərbaycan musiqisinin dünyada təbliğinə dəyərli töhfədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:42]
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir
- 17.10.2026 [10:40]
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb
- 17.10.2026 [02:51]
Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]