Koçaryanın işi ilə bağlı Konstitusiya Məhkəməsinin iclası polis mühasirəsində keçirilib
Bakı, 4 sentyabr, AZƏRTAC
Ermənistanın Konstitusiya Məhkəməsinin sabiq prezident Robert Koçaryanın həbsi ilə bağlı vəkillərin müraciətinə baxılması üzrə iclası keçirilib. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, iclas zamanı məhkəmənin binası polis tərəfindən mühasirəyə alınıb.
Koçaryanın vəkili jurnalistlərə bildirib ki, məhkəmə sabiq prezidentin hüquqlarının pozulması faktını təsdiq edib. Lakin Konstitusiya Məhkəməsi onun əleyhinə müvafiq maddələrlə cinayət işinin başlanmasını ölkənin əsas qanununa uyğun olduğu qərarını çıxarıb. Söhbət yalnız sabiq prezidentə qarşı həbs qətimkan tədbirinin seçilməsindən gedir. Belə ki, hakim Qrayr Tovmasyan Koçaryanın həbsdə saxlanılması qərarını şübhə altına alıb.
Sabiq dövlət başçısının vəkili də bəyan edib ki, Koçaryanın həbsini nəzərdə tutan cinayət məcəlləsinin 35-ci maddəsi konstitusiyaya zidd hesab olunub. O əlavə edib ki, bu qərardan sonra birinci instansiya məhkəməsi sabiq prezidentə qarşı həbs qətimkan tədbirini ləğv edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]