KÖÇKÜNLƏRƏ BAYRAM SOVQATI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin şəxsi təşəbbüsü ilə şirkətin nüvmayəndələri hər il olduğu kimi, bu il də Bərdədəki türk “Qızıl ay” çadır şəhərciyində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə bayram hədiyyələri çatdırmışlar. İçərisində müxtəlif ərzaq məhsulları olan bağlamalar köçkünlərə paylanmışdır.
X X X
Respublika Prokurorluğunun, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinin nümayəndələri də Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə Bərdə rayonunda məskunlaşmış qaçqınlara bayram sovqatı çatdırmışlar.
Qaçqın və məcburi köçkünlər göstərilən qayğıya görə ölkə Prezidenti Heydər Əliyevə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]