Kolumbiya Prezidenti Baydenlə danışıqlardan sonra Ukraynaya silah verməkdən imtina edib
Bakı, 21 aprel, AZƏRTAC
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Cozef Baydenlə danışıqlardan sonra Ukraynaya silah verməkdən imtina etdiyini təsdiqləyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, C.Bayden ona Kolumbiya ordusuna satılan Rusiya istehsalı silahları, xüsusən də döyüş helikopterləri Ukraynaya göndərməyi təklif edib.
“Mövcud hökumətin mövqeyi ondan ibarətdir ki, silahlardan müharibədə istifadə edilməyəcək. İstər Ukraynaya, istərsə də Rusiyaya göndərilməyəcək”, - deyə Q.Petro bildirib.
Bundan əvvəl Cənubi Koreya prezidenti Yun Sok Yeol administrasiyası qeyd edib ki, hazırda Seul Moskva ilə sabit münasibətləri saxlamaq üçün Kiyevə silah tədarük etmək fikrində deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]