İQTİSADİYYAT
Kondisioner idxalı 1,6 dəfə artıb
![Kondisioner idxalı 1,6 dəfə artıb](/files/2019/3/1200x630/1574672598348343390_1200x630.jpg)
Bakı, 25 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana kondisioner idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən dövrdə ölkəyə 197 min kondisioner idxal edilib. Ölkəyə gətirilmiş kondisionerlərin dəyəri isə 46 milyon 640,5 min ABŞ dolları olub.
On ayda ölkəyə 61 milyon 809,3 min dollarlıq 405,7 min ədəd hesablama maşını, blok və qurğusu idxal edilib. Bundan başqa, hesabat dövründə paltaryuyan maşın idxalı 9,3 faiz artaraq 130,6 min ədəd olub, dəyəri isə 27 milyon 40,7 min dollar təşkil edib.