Konkur üzrə keçirilən yarışın ilk günü Camal Rəhimov qalib gəlmişdir
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Bakıdakı “Sərhədçi” Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə CSI3*-W kateqoriyalı “Bahar Kuboku” beynəlxalq turnirin birinci gününə yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan, Gürcüstan və Polşanı təmsil edən idmançılar mübarizə aparmışlar.
Turnirdə azərbaycanlı idmançı Camal Rəhimov “Vudi” ləqəbli atla qızıl medal qazanmışdır. Digər Azərbaycan çaparı Patrik Mak Enti “Konkord-57” ləqəbli atla ikinci, C.Rəhimov yenidən “Bill Klinton” ləqəbli atla üçüncü olmuşdur.
Turniri Türkiyə, İran və Yunanıstandan dəvət olunmuş hakimlər kollegiyası idarə etmişdir.
Mayın 14-də yekun vurulacaq turnirin ümumi mükafat fondu 156 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]
Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub
- 09.09.2026 [10:44]
Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib
- 09.09.2026 [10:25]
"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib
- 09.09.2026 [10:16]