KONSTİTUSİYA MƏHKƏMƏSİ BİRGƏ KONFRANS KEÇİRƏCƏKDİR
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi iyulun 22-23-də Bakıda Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və Amerika Hüquqşünaslar Assosiasiyası (ABA-CEELİ) ilə birgə “Məhkəmə hakimiyyətinin nüfuzu və müstəqilliyi” mövzusunda konfrans keçirəcəkdir.
Konfransda məhkəmə hakimiyyətinin müstəqilliyi, nüfuzu, cəmiyyətin ona olan etimadı, məhkəmə etikası, ədalət mühakiməsinin şəffaflığı məsələləri müzakirə olunacaqdır.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə ABŞ, Rusiya, Norveç, Almaniya, Gürcüstan və Moldovadan olan hakimlər iştirak edəcəklər.
Konfransa Azərbaycanın müxtəlif instansiya məhkəmələrinin hakimləri, vəkillər, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət olunmuşlar.