Azərbaycan Dövlət İnformasiya Agentliyi

KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ AVROPA ŞURASININ VENESİYA KOMİSSİYASI İLƏ BİRGƏ KONFRANS KEÇİRİLİR

AZƏRTAC xəbər verir ki, noyabrın 9-da “Konstitusiya Məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında qarşılıqlı əlaqələr” mövzusunda konfrans işə başlamışdır.

Avropa Şurasının Venesiya Komissiyası ilə birlikdə təşkil edilmiş konfransda Prezidentin İcra Aparatının şöbə müdirləri Fuad Ələsgərov və Şahin Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ədliyyə nazirinin müavini Vilayət Zahidov, insan hüquqları üzrə müvəkkil-Ombudsman Elmira Süleymanova, Apelyasiya Məhkəməsinin sədr əvəzi İnqilab Nəsirov, hakimlər, Bakı Dövlət Universitetinin hüquqşünas alimləri, Venesiya Komissiyasının katibi Canni Bukikkio, komissiya tərəfindən ekspert kimi cəlb olunmuş Macarıstan Konstitusiya Məhkəməsinin hakimi Andraş Braqyova, habelə Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimləri Gennadi Jilin və Qadis Hacıyev, Belçika Arbitraj Məhkəməsinin Baş katibi Pyerfeliçe Pratisi, Reqensburq Universitetinin professoru Rayner Arnold və Almaniya Federativ Respublikası Konstitusya Məhkəməsinin müşaviri Oliver Klayn iştirak edirlər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransı açaraq, dedi ki, Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə tədbirlər artıq ənənəyə çevrilmişdir. Komissiya son on il ərzində Azəbaycan Respublikası qanunvericiliyinin, xüsusilə də konstitusiya qanunvericiliyinin təkmilləşdirilməsinə köməyini əsirgəməmşdir. O, Venesiya komissiyasının katibi Canni Bukikkioya faydalı əməkdaşlığa və konfransda iştirakına görə təşəkkürünü bildirdi.

F.Abdullayev vurğuladı ki, müasir dövrdə beynəlxalq və milli hüquq arasında əlaqələr getdikcə daha da intensivləşir, ölkələrin, xüsusilə də Avropa ailəsi dövlətlərinin hüquq sistemləri bir-birinə daha da yaxınlaşır. Belə bir şəraitdə hüququn müxtəlif təsisatları arasında əlaqələrdə yaranan problemləri müzakirə etmək, müxtəlif məsələlərə dair fikir və təcrübə mübadiləsi aparmaq milli hüquq sistemlərinin səmərəli fəaliyyəti üçün zəruri şərtə çevrilmişdir.

Ayrı-ayrı dövlətlərin hüquq sistemində konstitusiya nəzarəti orqanlarının xüsusi mövqeyi, özünəməxsus təyinatı və funksiyaları var. Konstitusiya nəzarəti orqanları obrazlı şəkildə “hüquqi dövlətdə hakimiyyət qolları arasında arbitr” adlandırılır. Xüsusilə ayrı-ayrı dövlət hakimiyyəti orqanları arasında yaranmış müxtəlif mübahisələri həll edərkən konstitusiya nəzarəti orqanları barışdırıcı tərəf, cəmiyyətdə və dövlətdə siyasi sabitliyin təminatçısı, konstitusiyalı quruluşun qoruyucusu kimi çıxış edir.

X X X

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1998-ci ildən fəaliyyət göstərdiyini xatırladan F.Abdullayev dedi ki, ölkəmizdə demokratik dəyərlərə və hüquqi dövlət prinsiplərinə söykənən yeni sistem quruculuğu, həyata keçirilən irimiqyaslı hüquq islahatları, Azərbaycanın beynəlxalq birliyə sürətlə inteqrasiyası, digər dövlət orqanları ilə yanaşı, Konstitusiya Məhkəməsi qarşısında da bir sıra vəzifələr qoymuşdur. Ölkəmizdə konstitusiya nəzarəti təsisatı həm konstitusiya nəzarətinin

obyektinə daxil olan aktların, həm də müraciət hüququna malik subyektlərin dairəsinin genişlənməsi istiqamətində inkişaf etmişdir. 2002-ci il avqust ayının 24-də keçirilmiş referendumla Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən sonra Konstitusiya Məhkəməsinin səlahiyyətləri xeyli artmışdır. İndi nəzarətin yurisdiksiyasına normativ hüquqi aktların, məhkəmə və bələdiyyə aktlarının geniş spektri daxildir. Konstitusiya islahatlarından sonra Məhkəməyə müraciət etmək hüququna malik subyektlərin dairəsi də əhəmiyyətli dərəcədə genişlənmişdir. 2004-cü il yanvarın 8-də “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun qüvvəyə minməsindən sonra isə Azərbaycanda ilk dəfə olaraq, konstitusiya şikayəti institutunun tətbiqinə başlanılmış, eləcə də Ombudsmana və məhkəmələrə Konstitusiya Məhkəməsinə bilavasitə müraciət etmək imkanları verilmişdir. Konstitusiya şikayəti institutunun tətbiqi Məhkəmənin fəaliyyətində özünü aydın şəkildə büruzə vermişdir. Üç ilə yaxın müddət ərzində yalnız fərdi şikayətlər əsasında 40-dan artıq qərar qəbul edilmişdir. Bu qərarlarda ərizəçilərin pozulmuş hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, hüququn müxtəlif sahələri üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri formalaşdırılmış, hüquq və azadlıqların səmərəli tətbiqinə yönəlmiş təminatlar sistemi təkmilləşdirilmişdir. Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun hüquqi mövqelərinə də şamil edilir. Bəzən isə bu hüquqi mövqelər müstəqil əhəmiyyət qazanaraq, təkcə konstitusiya işinin predmetini təşkil etmiş halda deyil, hüququn mənbəyi kimi, hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil olunur. Bu mənada həmin qərarlar ümumi məhkəmələr üçün də əhəmiyyətli mənbə kimi çıxış edir və hüququn tətbiqi təcrübəsində istifadə olunur.

Eyni zamanda sədr təəssüflə vurğuladı ki, Konstitusiya Məhkəməsinə sorğu və müraciətlər vermək hüququ olan subyektlər son vaxtlar bundan çox passiv istifadə edirlər. Xüsusilə də Ali Məhkəmədən daxil olan sorğular çox azalmışdır. Halbuki, fərdi şikayətlər institutu yarananadək, bu mənada ən çox əməkdaşlıq edən subyekt məhz Ali Məhkəmə olmuşdur. Digər tərəfdən, bu orqanın verdiyi sorğular birbaşa məhkəmə təcrübəsindən irəli gəldiyi üçün daha əhəmiyyətli, praktik olur və cəmiyyət üçün daha çox maraq doğuran məsələləri əhatə edir.

X X X

Ümumiyyətlə, mücərrəd müraciətlər konkret müraciətlərə nisbətən daha geniş məsələləri əhatə etdiyinə görə, qeyd edilən subyektlərin bu işə fəal qoşulması nəinki Konstitusiya Məhkəməsinin işində, həm də ölkənin hüquq təcrübəsində müsbət nəticələrə səbəb ola bilərdi. Bundan əlavə, ümumi məhkəmələrin də öz icraatlarında olan işlərlə əlaqədar hüquq və azadlıqların həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi haqqında müraciətlər vermək hüquqlarından fəal istifadə etmələri də yalnız ümumi işin xeyrinə olardı.

Konstitusiya Məhkəməsinin sədri ümid etdiyini bildirdi ki, konfrans çərçivəsində aparılan təcrübə və fikir mübadiləsi, diskussiyalar konstitusiya hüququnun müxtəlif sahələrini, xüsusilə də Konstitusiya Məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında qarşılıqlı əlaqələrə dair maraqlı məqamları əhatə edəcəkdir.

Sonra çıxış edən Venesiya Komissiyasının sədri Canni Bukikkio Avropa və Amerikada konstitusiya məhkəmələrinin təşəkkülü və inkişaf tarixi, əsas fəaliyyət istiqamətləri, hüquqi statusu, demokratik prinsiplərin bərqərar olmasında rolu və s. barədə məlumat verdi. Təmsil etdiyi qurumla ölkəmizin Konstitusiya Məhkəməsi arasında əməkdaşlığın getdikcə genişləndiyini, işgüzar münasibətlərin formalaşdığını vurğulayan qonaq konfransın yüksək səviyyədə təşkilinə görə razılığını bildirdi. O, tədbirin səmərəli, işgüzar müzakirələr, fəal dialoq və diskussiya şəraitində keçəcəyinə əminliyini söylədi.

Konfransın ilk günü Macarıstan Konstitusiya Məhkəməsinin hakimi Andraş Braqyova “Konstitusiya yurisdiksiyası və ümumi məhkəmələr: fərqlər nədən ibarətdir?”, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Qadis Hacıyev “Kelzenin Konstitusiya-hüquq nəzarəti modelinin eroziyası”, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Eldar Məmmədov “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında qarşılıqlı əlaqələr: nəzəri və praktik yanaşmalar”, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Bağır Əsədov “Konstitusiya Məhkəməsi və Ali Məhkəmə arasında qarşılıqlı əlaqələr”, Almaniya Konstitusiya Məhkəməsinin müşaviri Oliver Klayn və Belçika Arbitraj Məhkəməsinin müşaviri Jan Toni öz ölkələrində Konstitusiya Məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasındakı əlaqələrə dair təcrübə mövzularında məruzələr etdilər.

Mövzular ətrafında, eləcə də ayrı-ayrı ölkələrdə məhkəmələrin iş təcrübəsi və hüquqi prinsipləri barədə geniş fikir mübadiləsi aparıldı.

Qonaqlara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə də məlumat verildi.

Konfrans noyabrın 10-da işini davam etdirəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam