“KÖRFƏZİ BÜRÜYƏN ŞƏHƏR...”
“Liza” jurnalının 28 may tarixli nömrəsində Rusiya Humanitar Universitetinin tələbəsi Suğra Hacıyevanın Azərbaycana həsr edilmiş məqaləsi dərc edilmişdir. “Dünyanın hər yerindən” (“Vokruq sveta”) rubrikasına daxil edilmiş “Odlar yurdu” sərlövhəli məqalə epiqraf rolu oyanayan bu sözlərlə başlanır.
Oxucu məqalə ilə tanış olduqca sanki Azərbaycana - rəvayətə görə bizim eradan əvvəl atəşpərəstlərin məskunlaşdığı ölkəyə səyahət edir. Suğra Hacıyeva əvvəlcə İçərişəhəri - yüzilliklərin şahidi olan qədim qalanı təsvir edərək xatırladır ki, tanınmış rusiyalı kinorejissor Leonid Qaydayın məşhur “Brilyant əl” filmi burada çəkilmişdir.
Sonra müəllif oxucunu İçərişəhərin dar küçələri ilə Şirvanşahlar sarayına - XV əsrdə tikilmiş və haqlı olaraq Azərbaycan memarlığının incisi sayılan muzey-qoruğa, daha sonra paytaxtımızın rəmzi olan Qız qalasına gətirib çıxarır.
Məqalənin sonunda bakılıların və paytaxtın qonaqlarının ənənəvi istirahət yeri olan dənizkənarı Milli Park və Bakının mərkəzi küçələrindən biri - şəhər sakinlərinin hələ də “Torqovaya” dedikləri Nizami küçəsi haqqında söhbət açılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:22]