Kral Çarlz üçün Versal sarayında şam yeməyinə 475 min avro xərclənib
London, 31 iyul, AZƏRTAC
2023-cü ilin sentyabrında Böyük Britaniya Kralı Çarlz üçün Versal sarayında Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilən rəsmi ziyafət 475 min avroya başa gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransa auditinin hesabatında bildirilib. Qeyd olunub ki, prezident administrasiyası Hindistanın Baş naziri Narendra Modi üçün Luvr muzeyində təşkil olunan ziyafətə 412 min avro xərcləyib.
Auditdə bildirilib ki, Fransa prezidenti administrasiyası 2023-cü il üçün xərcləri 125,5 milyon avro təşkil edib. Buna Prezident Makronun diplomatik və prezidentlik vəzifələri, habelə administrasiya, kadrlar, təhlükəsizlik və əmlakın idarə edilməsi ilə bağlı xərclər də daxildir.
Hesabatda, həmçinin Yelisey sarayının səfər təşkilatçılığı da tənqid edilib. Prezidentin 12 səfərinin ləğvi nəticəsində 830 min avrodan çox vəsait itirilib. Təkcə 2023-cü ilin iyulunda Almaniyaya planlaşdırılan, lakin sonradan ləğv edilən səfər təxminən 500 min avro itkiyə səbəb olub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
- 16.10.2026 [10:53]
Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
- 16.10.2026 [10:53]
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]