Kreditlər kənd təsərrüfatının bütün sahələrinə ayrılacaq
Bakı, 24 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidməti tərəfindən kreditlər kənd təsərrüfatının bütün sahələrinə ayrılacaq.
AZƏRTAC xəbər verir ki, bunu dövlət xidmətinin rəhbəri Mirzə Əliyev jurnalistlərə müsahibəsində deyib.
O, qeyd edib ki, fermerlər artıq bu gündən etibarən kreditlə bağlı müraciət edə bilərlər.
Kreditlərə nəzarət mexanizmindən söz açan M.Əliyev onu da bildirib ki, bəzən fermerlər krediti təyinatı üzrə deyil, şəxsi məqsədlərinə sərf edirlər. Bu cür neqativ halların qarşısının alınması üçün müvəkkil kredit təşkilatları ilə kreditlərin birgə monitorinqi keçiriləcək.
Xatırladaq ki, mayın 24-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Turanbank” ASC, “Rabitəbank” ASC, “Aqrarkredit” QSC BOKT, “Finoko” BOKT ASC, “Finans İnvest” BOKT arasında fermer və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində şəffaflığı təmin etmək məqsədilə niyyət protokolları imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]