KRIMDA ÜÇ NƏFƏR METALAXTARAN BOMBA PARTLAYIŞINDAN HƏLAK OLMUŞDUR
Bazar günü axşam evlərdən birinin həyətində baş vermiş partlayış elə güclü olmuşdur ki, adamlara zəlzələ təsiri bağışlamışdır. Belə ki, ətrafdakı evlərin tavanları çökmüş, şüşələri çilik-çilik olmuşdur. Buna görə də hamı başılovlu bayıra qaçmışdır. Lakin qəsəbənin sakinləri axışıb hadisə yerinə gəldikdə evlərdən birinin həyətində 1,5 metr dərinliyində çuxur görmüşlər. Yaxınlıqdakı üç ev tamam dağılmış, daha 20-dək ev xeyli zədələnmişdir.
Kriminalistika ekspertləri həlak olanların kimliyini müəyyən etməyə çalışırlar. İlkin məlumata görə, azı üç adam həlak olmuşdur. Həyətində partlayış baş verən evdə həmin vaxt iki uşaq vardı. Onlar, sanki, möcüzə sayəsində sağ qalmışlar.
İstintaqın məlumatına görə, metal yığıb-satmaqla məşğul olan mərhumlar təxminən 1,5-1,7 metr uzunluğunda və 35-50 santimetr diametrində aviasiya bombasını qəsəbənin yaxınlığındakı poliqondan gətirmişlər. Pirotexniklərin dediyinə görə, bu, müasir nümunəli döyüş sursatıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
- 16.10.2026 [10:53]
Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
- 16.10.2026 [10:53]
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]