Kristian Vaneste: Azərbaycanın daxili və xarici siyasətinin formalaşmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir
Bakı, 12 may (AZƏRTAC). Mən Bakıya Heydər Əliyevin anadan olmasının 88-ci və Heydər Əliyev Fondunun təsis edilməsinin 7-ci ildönümləri münasibətilə təşkil olunmuş mərasimdə iştirak etmək üçün gəlmişəm. Bu dəvətdən qürur duyuram. Azərbaycanın Avropa ölkələri arasında özünəlayiq yer tutmasını, Avropa Şurasına üzv qəbul edilməsini böyük siyasi təcrübəyə malik, şöhrətli dövlət xadimi Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin gözəl bəhrəsi kimi dəyərləndirirəm. Azərbaycanın daxili və xarici siyasətinin formalaşmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir.
Bu sözləri Fransa Milli Assambleyasının hüquq komissiyasının üzvü Kristian Vaneste AZƏRTAC-a müsahibəsində demişdir.
Ötən ilin noyabrında Azərbaycanda parlament seçkilərində müşahidəçi qismində iştirak etdiyini deyən fransalı deputat ölkəmizin iqtisadi, siyasi, mədəni təkamülünün onu heyran etdiyini vurğulamışdır. Bu gün bizim bir çox görüşlərimiz olmuşdur. Milli Məclisin sədri ilə görüşdə o, qeyd etdi ki, iki ölkə və onların parlamentləri arasında münasibətlər yüksək səviyyədədir. Biz bu münasibətlərin daha da dərinləşməsi və inkişafı üçün bütün imkanlarımızdan istifadə edəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]