KUBA ƏHALİSİNİN 90 FAİZINDƏN ÇOXU SEÇKİLƏRDƏ İŞTİRAK ETMİŞDİR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Kubanın səsvermə hüququ olan 8,3 milyon vətəndaşının 90 faizindən çoxu ümumxalq seçkilərinin birinci mərhələsində iştirak etmişdir.
Rəsmi məlumatlara görə, Kubada yerli özünüidarə orqanlarında 15,2 min yerə 37,3 min nəfərin namizədliyi irəli sürülmüşdür.
Özünüidarə orqanlarına seçkilərdən sonra əyalət xalq hakimiyyəti məclislərinin və ölkə parlamentinin deputatları seçiləcəkdir.
Fidel Kastro da öz vətəndaşlıq borcunu yerinə yetirmişdir. O, camaat arasında görünmüş, lakin bərpa kursu keçdiyi binada səs vermişdir.
Kubada ümumxalq seçkiləri gələn il yeni parlamentin tərkibinin formalaşması ilə başa çatacaqdır. Elə o zaman respublikanın icra hakimiyyətinin başçısı - Dövlət Şurasının sədri təyin olunacaqdır. 1976-cı ildən - təsis edildiyi vaxtdan indiyədək bu vəzifəni Fidel Kastro tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2026 [17:11]
Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb
- 23.05.2026 [14:28]
Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
- 22.05.2026 [23:04]
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
- 22.05.2026 [22:56]