Kuba XİN: USAID həmişə ölkədə nizamı pozmaq üçün pərdə olub
Bakı, 13 fevral, AZƏRTAC
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) həmişə Kubada konstitusiya quruluşunu sarsıtmaq üçün pərdə olub.
AZƏRTAC xəbər verir ki, bunu Kubanın Xarici İşlər Nazirliyinin rəhbəri Bruno Rodriqes Parrilla teleqram kanalında deyib.
Nazirin sözlərinə görə, agentlik 1998-1999-cu illərdə yüzlərlə qeyri-qanuni əməliyyatlar aparmaq üçün 6 milyon dollardan çox istifadə edib. 2001-ci ildən 2006-cı ilə qədər USAID kubalıları hədəf alan 142 qeyri-qanuni layihə və fəaliyyətə 61 milyon dollar ayırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]