Kunq-fu üzrə açıq Bakı çempionatı başa çatıb
Bakı, 11 fevral, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Kunq-fu Federasiyasının birgə təşkilatçılığı ilə açıq paytaxt çempionatı başa çatıb.
AZƏRTAC federasiyanın saytına istinadla xəbər verir ki, üç yüzə yaxın idmançının gücünü sınadığı çempionatda gənclərin yarışında “Cənub-Cəlilabad” klubu kubokun sahibi olub.
Kadetlərin mübarizəsində “Mərd” klubu, yeniyetmələr arasında isə Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi birinci pillədə qərarlaşıblar.
Qeyd edək ki, çempionatda fərqlənən idmançılar respublika yarışlarında iştirak hüququ qazanıblar.