Küveyt səfirliyi beyin xərçəngindən əziyyət çəkən azərbaycanlı qadının müalicəsinə kömək göstərib
Bakı, 1 mart, AZƏRTAC
Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Səud ər-Ruminin təşəbbüsü ilə Küveyt səfirliyi beyin xərçəngindən əziyyət çəkən 38 yaşlı azərbaycanlı qadının bu ölkədəki İbn Sina Dövlət Xəstəxanasında müalicəsinə yardım edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, həmin xəstəxanada Almaniyadan gəlmiş beyin xərçəngi üzrə ixtisaslaşmış həkim Şröderin rəhbərlik etdiyi cərrahlar qrupu tərəfindən pasiyent üzərində əməliyyat aparılıb. Səkkiz saat davam edən əməliyyat uğurla nəticələnib və beyindəki şiş götürülüb.
Müalicə müddətində Küveytin ölkəmizdəki səfirinin xanımı və Azərbaycanın Küveytdəki səfirliyi xəstə və onun anası ilə müntəzəm əlaqə saxlayıb.
Əməliyyatla bağlı bütün xərcləri Küveyt tərəfi öz üzərinə götürüb.
Küveytdə əməliyyat olunmuş qadın artıq Bakıya qayıdıb və hazırda səhhəti yaxşıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]