Latviya paytaxtında altıncı dəfə “Riqanın işıqları” festivalı keçirilmişdir
Riqa, 18 noyabr (AZƏRTAC). Latviya paytaxtında “Staro Riga” (“Riqanın işıqları”) festivalı keçirilmişdir. Şəhərin küçə və parklarında müxtəlif ölçülü 30-dan çox işıq obyekti nur saçırdı. Riqa dumasının mətbuat xidmətindən verilən məlumata görə, bu bayramın əsas mövzusu belədir: “Riqa 2014-cü ildə Avropanın mədəni paytaxtıdır”.
Sayca 6-cı dəfə keçirilən bu festival Latviya paytaxtının mədəni həyatında çoxdan gözlənilən hadisə idi. Prodüserlər, işıq üzrə rəssamlar və rejissorlar binaların fasadlarını bəzəmiş, müasir texnologiyalardan istifadə etməklə installyasiyalar tərtib etmişlər. Festivalın əsas konsepsiyası “Sevinc haqqında altı hekayə” adlanır: “Riqa karnavalı”, “Okean üçün qəribsəmə”, “Salamat qalmaq üçün alətlər dəsti”, “Yol xəritəsi”, “Kəhrəba damarlar” və Brivibas küçəsi.
Latviya parlamentinin fasadındakı bəzəklər məşhur latış şairi Oyar Vatsiyetisin şeirlərinə həsr edilmişdir, ölkə hökumətinin binasında isə sakinlərin öz vətənləri haqqında hekayələrini oxumaq və hətta dinləmək olar.
“Riqanın işıqları” festivalının xüsusi buraxılışında daha çox obyekt görmək mümkün olacaqdır. Bu buraxılış gələn il yanvarın 17-19-da Avropanın mədəni paytaxtı proqramının açılışı günlərində təşkil ediləcəkdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]