Latviyanın “airBaltic” aviaşirkəti bu il 5 milyon sərnişin daşımağı planlaşdırır
Bakı, 2 aprel, AZƏRTAC
Latviyanın “airBaltic” aviaşirkəti bu il 5 milyon sərnişin daşımağı planlaşdırır. Şirkətin icraçı direktoru Martin Qauss bunu Latviya Televiziyasının “Utrennyaya panorama” verilişində bildirib.
AZƏRTAC LETA agentliyinə istinadla bu barədə xəbər verir.
“Yaxın illərdə biz inkişafımızı davam etdirəcəyik”, - deyən M.Qauss ötən il “airBaltic” tərəfindən 4,1 milyon sərnişinin daşındığını, bu göstəricinin 2017-ci illə müqayisədə 17 faiz çox olduğunu vurğulayıb.
Bundan başqa, cari ildə “airBaltic” daha 6 ədəd yeni “Airbus A220” təyyarəsini almağı planlaşdırır.
“airBaltic” 2018-ci ildə öz tarixində ilk dəfə olaraq 400 milyon avro məbləğində gəlir əldə edib, şirkətin xalis mənfəəti isə 2017-ci illə müqayisədə 40 faizdən çox artaraq 5,4 milyon avroya çatıb. Aviaşirkət 2018-ci ildə 4,1 milyon sərnişin daşıyıb və 56,3 min uçuş həyata keçirib. Şirkətdə 1,5 mindən çox işçi çalışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]