Latviyanın ali təhsil müəssisələrinə rekord sayda qəbul ərizəsi təqdim olunub
Riqa, 11 iyul, AZƏRTAC
Latviyanın universitetləri və kollecləri son 5 ilin ən çox qəbul istəyi ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, bu il ümumilikdə 10 min 911 abituriyent 13 ali təhsil müəssisəsinə qəbul üçün ərizə verib. Ən çox ərizə (4062) Latviya Universitetinə təqdim olunub. Stradınya adına Riqa Universitetinə 2273 ərizə təqdim edilib ki, bu da ötənilkindən 20 faiz çoxdur. Ümumiyyətlə, böyük universitetlər tələbə olmaq istəyənlər arasında daha populyardır.
Abituriyentlərin əksəriyyəti hüquq, tibb, kompüter mühəndisliyi, psixologiya, informasiya texnologiyaları və inşaat kimi peşələrə yiyələnməkdə maraqlıdır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]