LƏNKƏRAN KOMANDASI ŞAHMAT ÜZRƏ ÖLKƏ ÇEMPİONU OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, dekabrın 20-də Respublika Şahmat Mərkəzində şahmat üzrə ölkə komanda birinciliyinin bağlanışı olmuşdur.
Mərasimdə çıxış edən kişilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Fikrət Sideifzadə respublika çempionatında yüksək yer tutmuş komandaları təbrik etmiş, hər ilin sonunda keçirilən belə yarışların şahmatçıların ustalıqlarının artırılmasında, təcrübə toplamasında müstəsna rol oynadığını vurğulamışdır.
F.Sideifzadə növbəti illərdə ölkə çempionatında iştirak edəcək komandaların sayının artacağına, tərkibinin isə daha güclü şahmatçılardan təşkil olunacağına ümidvar olduğunu bildirmişdir.
Turnirin qalibi isə 31 xalla “Lənkəran” komandası olmuşdur. “Nəsimi İxtisaslaşmış Olimpiya Ehtiyatları İdman Məktəbi”nin komandası 30 xalla 2-ci, “Respublika Şahmat Məktəbi” və “Makkabi” isə 26,5 xalla 3-4-cü yerləri bölüşmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]