Lənkəran teatrında yeni uşaq tamaşasının premyerası keçirilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Sehirli alma” nağıl-tamaşasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, “Məlikməmməd” Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Qeyd edək ki, uşaqlar tərəfindən maraqla izlənilən tamaşada rolları teatrın gənc aktyorlarından Səyyad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Saleh Əzimzadə, Aysel Cahangirova, Günel Abbaszadə, Amil İbrahimli, Vəfa Hacızadə və Teymur Hacızadə ifa ediblər.