Lənkəranda “Qan ver, yaşat” devizi altında qanvermə aksiyası keçirilib
Lənkəran, 13 iyun, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda “Qan ver, yaşat” devizi altında könüllü qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzi Qan Bankının Lənkəran bölməsində keçirilən aksiyada 50-yə yaxın gənc bu təşəbbüsə qoşularaq qan veriblər.
Humanitar aksiyada xüsusi tibb briqadasının həkim-hematoloqları donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Ümumdünya Qan Donoru Gününə həsr olunmuş "Qan ver, həyat xilas et!" şüarı ilə keçirilən humanitar aksiyada Gənclər və İdman Nazirliyinin yerli qurumlarının əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər iştirak ediblər.
Toplanan qan laboratoriyada müayinədən keçirilərək hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsində istifadə olunacaq.