Lerik EŞ müəssisəsində 1,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir
Bakı, 16 may (AZƏRTAC). Aprel ayında Lerik Elektrik Şəbəkəsi (EŞ) müəssisəsində 1,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən çox olmuşdur. Keçən ilin müvafiq dövründə bu göstəricilər uyğun olaraq 1,2 milyon kilovat-saatdan artıq və 82 faizə yaxın təşkil etmişdir. Nəticədə 2010-cu ilin eyni dövrü ilə müqayisədə istehlak 7,2 faiz azalmış, ödənişdə mütləq artım 14 faizə yaxın olmuşdur. Daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 686 min kilovat-saata yaxın təşkil etmişdir. Bu, ötən ilin eyni dövründəki göstəricidən 254 min kilovat-saat azdır. Ödəniş ötən ayların debitor borcu da nəzərə alınmaqla 106 faizdən çox olmuşdur.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Hacıqabul EŞ müəssisəsi üzrə 9,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 82 faizdən çox olmuşdur. Daimi əhali istehlakçı qrupunda istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 296 min kilovat-saat azalaraq 3,2 milyon kilovat-saatdan artıq təşkil etmişdir. Ödəniş 61 faizə yaxın olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]
® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus
- 09.09.2026 [15:18]