Lionel Messi unikal göstəriciyə imza atıb
Bakı, 24 iyun, AZƏRTAC
ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi unikal göstəriciyə imza atıb.
AZƏRTAC “Opta”ya istinadən xəbər verir ki, ulduz hücumçu karyerası ərzində iştirak etdiyi 33 turnirin heç birində öz komandası ilə qrup mərhələsində mübarizəni dayandırmayıb.
O, formasını geyindiyi klubların və milli komandanın heyətində bütün beynəlxalq turnirlərdə növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, “İnter Mayami” ABŞ-da davam edən klublararası dünya çempionatında pley-offa yüksəlib. Komanda bu raundda Fransanın PSJ klubu ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:12]
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
- 23.09.2026 [11:15]
“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır
- 23.09.2026 [11:11]
“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu
- 23.09.2026 [11:04]
Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb
- 23.09.2026 [10:37]
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
- 23.09.2026 [10:31]
"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək
- 23.09.2026 [10:24]