Livanda fransız dilinin mövqeyi zəifləyir
Bakı, 21 yanvar, AZƏRTAC
Yaxın Şərqdə fransız dilinin ən geniş istifadə edildiyi Livanda linqvistik vəziyyət dəyişir.
AZƏRTAC xəbər verir ki, fakt Beynəlxalq Frankofoniya Təşkilatının hesabatında yer alır.
Hesabatda bildirilir ki, Livan əhalisinin cəmi 38 faizi Molyerin dilində danışa bilir. Halbuki, 20 il əvvəl bu göstərici 45 faiz idi.
Geriləmə xarici dil tədrisində özünü daha aydın göstərir. Əgər 1996-1997-ci tədris ilində şagirdlərin təxminən 70 faizi birinci xarici dil olaraq fransız dilini seçirdisə, indi bu göstərici 20 faiz azalıb.
Son 5 ildə isə ingilis dili məktəblərdə fransız dilini üstələyib. Tədris ingilis dilində olan məktəblərə maraq ilbəil artır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]