LUKOİL ŞİRKƏTİ TƏRƏFİNDƏN MAKDERMOTTA XƏZƏR DƏNİZİNDƏ YENİ LAYİHƏ HƏVALƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, LUKoil-Nijnevoljskneft MMC Xəzərdə fəaliyyət göstərən “MakDermott Kaspian Kontraktorz, İnk.” (MakDermott) şirkətinə Yuri Korçagin yatağı üçün dəniz obyektlərinin quraşdırılması ilə bağlı podrat işlərini həvalə etmişdir.
MakDermott şirkətindən bildirmişlər ki, həmin yataq Xəzər dənizinin Rusiya sektorunda, Həştərxan şəhərindən 180 kilometr aralıda yerləşir. Dənizdə quraşdırma işlərinin başlanması 2009-cu ilin mayına planlaşdırılır.
Şirkətin Xəzər əməliyyatları üzrə vitse-prezidenti və baş meneceri Den Hauzer bildirmişdir ki, bu, Xəzər dənizinin Rusiya sektorunda yerinə yetiriləcək dəniz tikinti və quraşdırma işləri üzrə LUKoil tərəfindən həvalə edilən ikinci layihə işidir. MakDermottun iş həcmi buza davamlı stasionar LSP-1 platforması üçün payaların nəqlini və quraşdırılmasını, o cümlədən Təknöqtəli Yanalma sisteminin dayaq özülünün, payaların və üst tikililərin nəqlini və quraşdırılmasını nəzərdə tutur.
MakDermott bu layihənin icrasını Rusiyada yerləşən əməliyyat qrupu, həmçinin Bakıda və Birləşmiş Ərəb Əmirliklərindəki regional ofislərin köməyi ilə həyata keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]