“LUKoil” şirkətinin prezidenti neftin qiymətinin yaxın vaxtlarda 100 dollar səviyyəsinə qalxacağını gözləmir
Moskva, 15 noyabr, AZƏRTAC
Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov neftin qiymətinin yaxın vaxtlarda 100 dollar səviyyəsinə qalxacağını gözləmir.
AZƏRTAC xəbər verir ki, bu fikri o, “ADIPEC-2021” Beynəlxalq Neft-Qaz Sərgisində çıxışı zamanı bildirib. V.Ələkbərov qeyd edib ki, “LUKoil” şirkəti gələn ilin büdcəsində neftin bir barelinin qiymətini 60 dollar səviyyəsində hesablayıb və əlavə edib ki, COVID-19 ilə bağlı qeyri-müəyyən vəziyyət və məhdudiyyətlərə görə qiymət dəyişə bilər.
“Biz neftin qiymətinin yüksək olmasında maraqlı deyilik. Bizim və “OPEC+” təşkilatının məqsədi ilk növbədə, tələbatı təmin etməkdir. Buna görə də neftin qiymətinin kəskin qaldırılması “OPEC+” ölkələrinin strateji məqsədlərinə daxil deyil”, - deyə “LUKoil”un prezidenti bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]