Macarıstan hökuməti tərk olunmuş kəndləri xilas etməyə başlayır
Budapeşt, 3 aprel, AZƏRTAC
Macarıstan hökuməti tərk edilmə təhlükəsi qarşısında olan təxminən 500-dək kəndin yenidən qurulması istiqamətində proqram qəbul edib.
AZƏRTAC xəbər verir ki, ölkənin Baş naziri Viktor Orban bu barədə ictimai radioya həftəlik müsahibəsində bildirib. Onun sözlərinə görə, plan yaşayışdan tutmuş təhsilə qədər genişsahəli məsələləri əhatə edir. Viktor Orban qərarlar barədə heç bir əlavə məlumatı açıqlamayıb. Buna səbəb detalların hələ işlənib hazırlanma mərhələsində olmasıdır. “Planın detalları bir-iki aydan sonra müzakirə edilməlidir”, - deyə Baş nazir əlavə edib.
Planın işlənməsi hökumət tərəfindən bu yaxınlarda hazırlanan “Macar kəndlərinin proqramı” çərçivəsində həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]