Macarıstanda qeyri-leqal məşğulluğun səviyyəsi artır
Budapeşt, 2 fevral, AZƏRTAC
Ötən ilin yanvar-sentyabr aylarında Macarıstanda qeyri-leqal məşğulluğun səviyyəsi artaraq 13,62 faizə çatıb.
AZƏRTAC Macarıstan Maliyyə Nazirliyinin əmək departamentinə istinadla xəbər verir ki, ölkənin işə düzəlmə orqanları tərəfindən iş yerlərində aparılan yoxlamaların nəticələrindən belə məlum olur.
Yoxlamalar hesabat dövrü ərzində 54 min nəfərə əməkhaqqı ödəyən 13 316 işəgötürəni əhatə edib. Yoxlamaların nəticələri göstərib ki, işə qanunsuz götürülənlərin ən yüksək sayı tikinti sahəsindədir. Bu sahədə göstərici bir il əvvəlin eyni dövründəkindən təqribən iki faiz bəndi yüksəkdir.
Qeyri-leqal işləyənlərin təqribən 38 faizi tikinti sahəsində çalışır. Qeyri-leqal məşğulluğun səviyyəsi ictimai iaşə sahəsində də yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]