“Magistr” jurnalının 2-ci nömrəsi çapdan çıxıb
Bakı, 31 yanvar, AZƏRTAC
“Magistr” jurnalının 2-ci nömrəsi çapdan çıxıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, jurnalın 2-ci nömrəsində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:15]
Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub
- 10.06.2026 [13:22]
Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
- 10.06.2026 [11:38]
Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
- 10.06.2026 [11:27]
Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir
- 10.06.2026 [10:51]