Malayziyanın nüfuzlu TraXXfm radiokanalında Azərbaycan haqqında veriliş yayımlanmışdır
Bakı, 12 may (AZƏRTAC). Azərbaycanın Malayziyada, eləcə də Cənub-Şərqi Asiyada ictimaiyyətə daha da yaxından tanıdılması məqsədi ilə ölkəmizin Malayziyadakı səfirliyi daim məqsədyönlü tədbirlər həyata keçirir. Bu sahədə səfirliyimiz daha bir uğurlu addım atmışdır.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Malayziyanın nüfuzlu, geniş dinləyici auditoriyası olan TraXXfm radiokanalında Azərbaycan haqqında verilişin yayımlanması üçün diplomatik nümayəndəliyimizin apardığı işlər öz müsbət nəticəsini vermişdir. Mayın 11-də səfir Tahir Kərimovun TraXXfm radio kanalında 45 dəqiqəlik çıxışı olmuşdur.
Veriliş Azərbaycanın tanınmış müğənnisi Tacir Şahmalıoğlunun ifasında “Bayatı-Şiraz” muğamı ilə başlamışdır. T.Kərimov ölkəmizin Malayziyadakı səfirliyinin fəaliyyətindən, Azərbaycanın keçmişi və bu günü, müstəqilliyimizin bərpası, o dövrdə dövlətimizin üzləşdiyi çətinliklər, Xocalı soyqırımı, bu faciənin ağır nəticələri, Prezident İlham Əliyevin ölkəmizin inkişafı naminə apardığı uğurlu siyasət, respublikamızda həyata keçirilən nəhəng tikinti-quruculuq işləri, Azərbaycanın iqtisadiyyatı, o cümlədən neft-qaz sənayesi, turizm potensialı, musiqisi, mətbəxi barədə ətraflı məlumat vermişdir.
Veriliş zamanı Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, Rəşid Behbudovun ifasında “Badamlı” mahnısı, Müslüm Maqomayevin ifasında “Fiqaronun ariyası” və Vaqif Mustafazadənin ifasında “Bakı gecələri” musiqisi səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]