Azərbaycan Dövlət İnformasiya Agentliyi

MALİYYƏ NAZİRİ ƏVƏZ ƏLƏKBƏROVUNÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Ulu öndərimiz Heydər Əliyevin dövlətçiliyimizin bərpası və demokratik prinsiplər əsasında inkişafına, uğurlu islahatların aparılmasına, siyasi və iqtisadi sabitliyə nail olması xalqımızın yaddaşında və Azərbaycan tarixində ən əhəmiyyətli hadisələrdən biri kimi qalacaqdır.

Həmin dəyərli ənənədən və təcrübədən qaynaqlanan möhtərəm Prezidentimiz cənab İlham Əliyev iqtisadiyyatın daha sürətli inkişaf modelinin nəzəri və praktiki əsaslarını müəyyən etmiş, yoxsulluğun azaldılması, regionların, qeyri-neft sektorunun inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə kompleks proqramlara dəstək vermiş, dünya iqtisadi sisteminə inteqrasiyanı daha da sürətləndirmişdir.

Son 3 ildə ölkənin makroiqtisadi göstəricilərinin və büdcənin artım sürəti əvvəlki illərin artım sürətini xeyli üstələmiş, ümumi daxili məhsul 2 dəfə, bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşu 1,4 dəfə, orta aylıq əmək haqqı 2 dəfə, büdcənin gəlir və xərcləri 2,9 dəfə artmış, inflyasiya 2,2–9,5 faiz civarında olmuş, adambaşına düşən ümumi daxili məhsul 2,1 dəfə artaraq, - cənab Prezident bunu vurğuladı, - ilin axırlarına 2 min ABŞ dollarına, büdcə xərcləri isə 3,1 dəfə artaraq təqribən 500 ABŞ dollarınadək yüksələcəkdir. Əminəm ki, makroiqtisadi göstəricilərin artım sürətinə görə dünya iqtisadi məkanındakı liderliyimiz cari ildə də davam edəcəkdir.

Dövlətin müdafiə qüdrətinin gücləndirilməsi, ordu quruculuğunun müasir standartlara çatdırılması istiqamətində radikal addımlar atılmış, qısa müddətdə bu xərclərin büdcədəki xüsusi çəkisi 15,3 faizədək qalxmışdır. Təkcə onu demək kifayətdir ki, müdafiə xərcləri 2006-cı ildə 2 dəfə, 2004-2005-ci illərdəkindən təqribən 1,2 dəfə çoxdur. Yəni 2 ildəki məcmu xərclərdən 1 ildəki xərc 1,2 dəfə çoxdur.

Ölkə Prezidenti dövlət büdcəsinin problemlərinin hərtərəfli təhlilinə böyük rəvac verərək, əməli tədbirlər görmüş və konkret tapşırıqlar vermişdir. Həmin diqqətin təzahürü olaraq, büdcə dövlətin maliyyə sisteminin mühüm tərkib hissəsinə və iqtisadi mexanizminə çevrilmiş, milli gəlirin yenidən bölüşdürülməsi, iqtisadiyyatın stimullaşdırılmasına təminat kimi mühüm dövlət funksiyalarının yerinə yetirilməsini öz üzərinə götürmüşdür.

Çox böyük fərəhlə demək olar ki, son illər dövlət büdcəsi inkişaf və quruculuq büdcəsinə çevrilmiş, bütün iqtisadi islahatlar, həyata keçirilən proqramlar, əsasən, dövlət büdcəsinin geniş investisiya bazasından bəhrələndiyi üçün uğurla nəticələnmişdir.

Cənab Prezidentin təşəbbüsü ilə aşkar edilmiş ehtiyat mənbələri hesabına 2005-ci il dövlət büdcəsinin xərcləri 1 trilyon 15 milyard manat artırılmış, ixrac neftinin satış qiymətinin fərqi hesabına xəzinəyə toplanmış 300 milyard manatdan çox vəsait idarə olunmaq üçün Dövlət Neft Fonduna köçürülmüşdür.

2005-ci ilin yekunlarının ilkin təhlili Prezidentimizin müəyyən etdiyi iqtisadi strategiyanın düzgünlüyünü, çevikliyi və şəffaflığını, dövlət büdcəsinin dinamik inkişafını, ölkənin maliyyə resurslarının yüksək sürətlə artdığını bir daha təsdiqlədi.

Operativ məlumatlara əsasən, 2005-ci il dövlət büdcəsinin mədaxili 10 trilyon 28 milyard manat və ya 100,5 faiz icra edilərək, 2004-cü ilə nisbətən 43,5 faiz çox olmuşdur. Belə artım dünyada yoxdur.

2005-ci ildə dövlət büdcəsinin xərcləri 10 trilyon 705 milyard manat və ya 97,2 faiz icra olunmuşdur ki, bu da 2004-cü illə müqayisədə 42,5 faiz çoxdur.

Bu dövrdə bütün xərc bölmələrinə lazımi miqdarda vəsait açılmış, ölkə rəhbərliyinin dəstəklədiyi məqsədyönlü tədbirlər təcili öz həllini tapmışdır.

Hesabat ilinin sonuna minimum aylıq əmək haqqının məbləği 150 min manata qaldırılmış, 2006-cı ildən isə bu məbləğin nəzərəçarpacaq artımı proqnozlaşdırılmışdır. Həmin məqsədə dövlət büdcəsindən 2005-ci ildə 660 milyard manat, 2006-cı ildə isə 157 milyard manat vəsait ayrılmışdır ki, bu da 630 mindən çox əhalinin maddi təminatının yaxşılaşdırılmasına imkan verəcəkdir.

Keçən il aspirantların, tələbələrin təqaüdləri 2,5 dəfə, məcburi köçkünlərin aylıq yemək xərcləri 20 faiz, işləməyən əmək pensiyaçılarının pensiya və müavinətlərinin minimum həddi 25 faiz artırılmışdır.

Hesabat ilində ölkə Prezidentinin imzaladığı fərman və sərəncamların 56-sı əmək haqlarının, pensiya və müavinətlərin, fəxri adlara, elmi dərəcələrə görə verilən əlavə və təqaüdlərin, müharibə veteranlarına və əlillərə verilən ödənişlərin artırılmasına, regionların, ayrı-ayrı sahələrin və sahibkarlığın inkişafı proqramlarına aiddir ki, bu da təxminən 2 milyondan çox vətəndaşın sosial güzəranının daha da yaxşılaşdırılması deməkdir.

Diplomatik nümayəndəliklərdə çalışan işçilərin əmək haqlarının orta hesabla 30 faizədək artırılmasına, səfirlik və nümayəndəliklərin maddi-texniki təminatının daha da yaxşılaşdırılmasına investisiya xərcləri və ehtiyat fondu hesabına 93 milyard manat vəsait ayrılmışdır.

Ölkə Prezidentinin təşəbbüsü ilə yol və post-patrul xidmətlərinin sıravi və kiçik rəis heyətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 5-6 dəfə artırılmış, Bakı şəhəri üzrə yol polisinin maşın parkı müasir tələblərə cavab verən nəqliyyat vasitələri ilə təmin edilmişdir.

Aqrolizinq, ipoteka, sahibkarlara kreditlərin verilməsi, Milli Məclisə seçkilərin keçirilməsi üçün nəzərdə tutulan vəsaitlər büdcədən tam istifadə edilmişdir.

2005-ci ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə 805 milyard manat vəsait istifadə edilmişdir ki, bu da 2004-cü illə müqayisədə 1,8 dəfə çoxdur.

2005-ci il dövlət büdcəsinin faktiki kəsiri ÜDM-in 0,7 faizini təşkil etmişdir ki, bu da proqnoza nisbətən 0,6 bənd azdır.

Keçən il icmal büdcənin gəlirləri 27,8 faiz çox, xərcləri isə 97,6 faiz icra edilmişdir. Bu, 2004-cü illə müqayisədə gəlirlər üzrə 53,5 faiz, xərclər üzrə 34,1 faiz çoxdur.

Antiinflyasiya tədbirləri diqqətdə saxlanılmaqla vəsaitlərin xərclənməsi nisbəti gözlənilmiş, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda əmək haqlarının ödəniş kartları vasitəsilə verilməsinə başlanılmış, şərait olan yerlərdə isə hazırlıq işləri tamamlanmaq ərəfəsindədir.

Cənab Prezident, ümidvaram ki, Sizin bilavasitə qayğınızla 2006-cı il həm də çoxdan gözü yolda qalan vətəndaşlarımızın çox mürəkkəb problemləri olan əmanətlərin qaytarılmasına başlanılması ili kimi yadda qalacaqdır.

Operativ məlumatlara əsasən, 2006-cı il yanvarın 1-nə ölkənin istifadə edilmiş dövlət zəmanətli xarici borcu 1,6 milyard ABŞ dolları olmuşdur ki, bu da 2005-ci ildə istehsal olunan ÜDM-in 12,6 faizinə bərabərdir.

Beynəlxaq maliyyə təsisatlarının fikrincə, biz bu məsələdə digər ölkələrdən çox yaxşı vəziyyətdəyik və gələcək nəsil üçün artıq borclanma siyasətini həyata keçirmirik, bu sahəyə çox böyük diqqətlə yanaşırıq.

Ölkədə kreditlərin idarə olunması üzrə xarici və yerli valyutada reytinqi Böyük Britaniyanın FİTÇ Reytinq Agentliyi tərəfindən “BB” səviyyəsində sabit qiymətləndirilmişdir.

Möhtərəm cənab Prezident!

2006-cı ildə qarşıda duran ən ümdə vəzifəmiz 67-70 faiz büdcə artımları və ölkəmizə daxil olacaq böyük valyuta axınları zamanı makroiqtisadi sabitliyi, nəyin bahasına olursa-olsun, qorumaqdır.

Sizin xüsusi diqqətiniz və nəzarətiniz altında dövlət büdcəsinin elmi-nəzəri, metodoloji strukturu ildən-ilə təkmilləşir. Həmin prosesin uğurla davamı üçün növbəti illər ərzində iqtisadiyyatın digər sahələrində də islahatların daha da dərinləşdirilməsini, lizinqin inkişafını, idarəetmə xərclərinin azaldılmasını, bir sıra məsələlərin mərhələli həllini vacib sayırıq.

Cənab Prezident!

Əmin edirik ki, dövlət maliyyəsinin inkişafı, büdcə və vergi siyasətinin təkmilləşdirilməsi, sosial-iqtisadi problemlərin müsbət həlli yolunda fəal iştirakçı və Sizə yardımçı olacağıq.

İnanırıq ki, 2006-cı il ölkəmiz üçün çox yaddaqalan bir inkişaf ili olacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNƏCƏK

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO