MALİYYƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İngiltərənin London şəhərində yerləşən FİTÇ Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın kredit reytinqini BB-sabit perspektivlidən BB-müsbət perspektivlilik dərəcəsinə yüksəltmişdir.
Son üç ildə Azərbaycanın kredit reytinqi yüksələn xətlə üç dəfə dəyişmişdir. Belə ki, 2000-ci ildə B+, 2001-ci ildə isə BB- səviyyəsində qiymətləndirilmişdir.
FİTÇ Beynəlxalq Reytinq Agentliyinin builki hesabatında deyilir: “Müsbət perspektivli reytinq Azərbaycanda son illərdə maliyyə idarəçiliyinin təkmilləşdiyini və hökumətin enerji sektorunda ödəməmələr probleminin həll olunduğunu, Neft Fondunun şəffaf idarə edilməsini təsdiqləyir, eyni zamanda, struktur dəyişikliklərinin uğurla aparıldığını, neft və qaz sahəsində ardıcıl inkişaf meyllərini nəzərə alır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə rəsmi qərar verilməsi regionda böyük iqtisadi yüksəlişə təkan verəcəkdir. Azərbaycan 2005-ci ildən neft istehsalının kəskin artacağı proqnozu ilə beynəlxalq sərmayəçilər tərəfindən dəstəklənir”.
Azərbaycanın yüksək kredit reytinqi alması Respublika Prezidenti cənab Heydər Əliyevin apardığı iqtisadi siyasətin düzgün olduğunu bir daha təsdiqləyir və ölkəmizin gələcək iqtisadi inkişafı üçün yeni imkanlar yaradır.