Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106028944 ISIN-li, 50 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 90.9249 (8.49 faiz) manat və 95.1885 (6.8 faiz) manat olan 31 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.3936 (7.5 faiz) manat, orta ölçülmüş qiyməti 93.6116 (7.4141 faiz) manat müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 171 milyon 171 min 300 manat, yerləşdirilmiş həcmi isə 50 milyon manat təşkil edib. İstiqrazlar 2025-ci il oktyabrın 7-də ödəniləcək. Hərrac iştirakçıları oktyabrın 12-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]