Martinikada bahalığa etiraz aksiyası polislə toqquşmaya çevrilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Fransanın Martinika departamentində növbəti etiraz aksiyası baş verib.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, yüzədək şəxs bahalığa etiraz edərək yolu bağlayıb.
Aksiya zamanı qarşıdurma baş verib. Etirazçılar polisə daş atıblar. Polis aksiyanı yatırmaq üçün güc tətbiq edib. Hadisə nəticəsində 11 polis əməkdaşı xəsarət alıb, 5 etirazçı saxlanılıb. Onlardan ikisi həbs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]