Masallıda Zəfər Gününə həsr olunmuş qanvermə aksiyasında 51 könüllü qan verib
Masallı, 7 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərində Zəfər Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Regional "ASAN xidmət" Mərkəzinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə keçirilən humanitar aksiyada 97 könüllüdən 51 nəfəri qan verib.
Qeyd edək ki, tibbi aksiya qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə təşkil edilib.