MAYDA ŞİRKƏT YEDDİ MÜŞTƏRİYƏ BROKER XİDMƏTİ GÖSTƏRMİŞDİR
Bakı Fond Birjasından AZƏRTAC-a bildirmişlər ki, mayda dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə (sıralanma) “Standart Kapital” başçılıq edir. Şirkət 7 müştəriyə ümumi dəyəri 64 milyon 420 min 645,98 manat məbləğində broker xidməti göstərmişdir.
İkinci yeri 50 milyon 162 min 148,12 manat məbləğində broker xidməti göstərmiş “İntereşnl Tranzakşn Sistem”, üçüncü yeri isə 25 milyon 810 min 771,12 manat məbləğlə “AzərİnterTrade” tutmuşdur.