Mayın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 17-22° isti olacaqdır.
Bakıda gecə 11-13°, gündüz 18-20° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 21-26° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər arabir duman olacaqdır.
Temperatur gecə 3-8°, gündüz 13-18° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 8-13° , gündüz 17-22° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13° , gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gündüz əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 10-14°, gündüz 20-25° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 10-14° , gündüz 18-23° isti, dağlarda gecə 4-8° isti, gündüz 13-17° isti təşkil edəcəkdir.