MDB “KİTAB SƏNƏTİ” MÜSABİQƏSİ TƏŞKİL EDİR
Sentyabrın 2-3-də keçiriləcək 16-cı Moskva Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Moskvada “Kitab sənəti” müsabiqəsinə hazırlıq görülür. Dövri mətbuat, kitab nəşri və poliqrafiya sahəsində əməkdaşlıq üzrə MDB Ölkələri Dövlətlərarası Şurasının (MDBDŞ) Azərbaycandan üzvü Çingiz Əlioğlu AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, müsabiqənin keçirilməsi haqqında qərar MDBDŞ-nin üçüncü iclasında qəbul edilmişdir. İndi bu nəşriyyat bəhsləşməsinin vahid şərtləri hazırlanır. Xatırladaq ki, bu vaxtadək belə müsabiqələr respublika səviyyəsində keçirilirdi. Müsabiqələrə elmi, bədii ədəbiyyat, incəsənət, təsviri sənət nəşrləri, fotoalbomlar və fotokitablar göndərilmişdi. Müsabiqədə Azərbaycandan “Azərnəşr”, “Gənclik”, “Təhsil” nəşriyyatları iştirak etmək niyyətindədir. “Azərnəşr” “Molla Nəsrəddin” jurnalının 1906-1909-cu illərdə işıq üzü görmüş nömrələrinin toplandığı ikicildliyi Təşkilat Komitəsinə göndərməyə hazırlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]