MDU-nun kollektivi qanvermə aksiyasında iştirak edib
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başladılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) kollektivinin bir qrup üzvü, tələbə və magistrantları qanvermə aksiyasında iştirak ediblər.
Bu barədə AZƏRTAC-a MDU-dan məlumat verilib. Qeyd edək ki, talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək göstərmək məqsədilə keçirilən bu cür aksiyalarda fəal iştiraka MDU-da xüsusi önəm verilir.