“Mecano” qrupunun səhnəyə dönüşü
Bakı, 2 aprel, AZƏRTAC
Amerikanın “CBS News” telekanalı 1981-ci ildə “Mecano” qrupu ilə müqavilə bağlayanda diskoqrafiyada bu üç musiqiçiyə bir qəpik də olsa pul verən yox idi. Ancaq sonradan “Hoy no me puedo levantar” və “Perdido en mi habitación” mahnıları ilə bu qrup ispan pop musiqisinin ən məşhurlarından birinə çevrildi. 1998-ci ildə yaradıcılığın kulminasiya nöqtəsində səhnədən getmələri onların haqqında olan mifi daha da gücləndirdi və elə fikirləşmək olardı ki, “Mecano” bir daha səhnəyə qayıtmayacaq.
“Mecano” üç gəncin məhsulu olan mahnıları ilə tarix yazmışdı. Bunlar Xose Mariya, Naço Kano və vokalçı Ana Torroxa idi.
AZƏRTAC xəbər verir ki, “Mecano” pərəstişkarların ehtiyacını ödəmək üçün yenidən səhnəyə qayıdır.
Ana Torroxa elektron musiqisinə qayıdışını ifadə edən “Llama” mahnısını ilə tamaşaçıların qarşısına çıxdı. O, diski üzərində işləyərkən bir neçə DJ-lərlə əməkdaşlıq edirdi. Qrupun digər üzvü Naço Kano isə “Hernán Cortés” sinqlını Brodvey və Meksikada çıxartmaq fikrindədir. Ana Torroxa çıxışında Naço Kano ilə ünsiyyət saxlamadığını bildirib. “Baxmayaraq ki, bir-birimizin fəaliyyətini izləyirik, kənarda hərəmizin öz həyatı vardır. Mən İspaniyanı bütün qəlbimlə sevirəm, ancaq mənə Mexikoda “Conexión” diskini yekunlaşdırmaq təklif olunub. Bu layihəyə düşündüyümüzdən bir il çox vaxt sərf edilib”, - deyə o əlavə edib.
Naço Kano Mayami və Nyu-York arasında qalıb. O, musiqi karyerasını davam etdirməklə yanaşı, xırda sahibkarlıqla da məşğul olur. Mayamidə müəllim kimi çalışır. Arada İspaniyanın İbiza adasına qayıdır və orada köhnə dostları ilə görüşür. 2015-ci ildə televiziya verilişlərinin birində “Mecano”ya qayıtmaq istəyini bildirmişdi.
Qrupun çətin araya gələn üzvü Xose Maria olaraq qalır. London və Lissabonda evi olmasına baxmayaraq indi Maltada yaşayır. Rəssamlıqla məşğul olur. Deyilənə görə bu ona yaxşı gəlir gətirir. Bu, trionun ən özünəməxsus üzvüdür. Xatırladaq ki, Xose Maria, Naço Kanonun qardaşıdır.
1988-ci ildə qrupun buraxdığı “Descanso dominical” albomu 1.500.000 nüsxə ilə satılıb.
Bəlkə də qrup üzvlərinin bir araya gəlməsini Xose Mariyanın yazdığı “Bir, iki və üç” mahnısının sözlərində axtarmaq lazımdır. Mahnıda deyilir: “Kibrit dənəsi olmayanda, alışdıran barmaq olur…”