CƏMİYYƏT
Məcburi köçkün gənclər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşüb VİDEO
Bakı, 19 aprel, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə, ata-baba yurdlarında yaşamağı, qurub-yaratmağı planlaşdıran gənclərin fikir və duyğularının yer aldığı videoçarxlar hazırlamağa davam edir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Vətən həsrəti bitən həmvətənlərimiz hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər. Qeyd ediblər ki, dövlətimizin başçısının rəhbərliyi ilə məcburi köçkünlərin geri qaytarılması üçün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən kompleks tədbirləri yaxından izləyirlər. Görülən işlər nəticəsində tezliklə oranın məcburi köçkünlərin layiqli yaşayışı üçün əlverişli vəziyyətə gətiriləcəyini ifadə ediblər.
Videoçarxlarda müxtəlif peşə sahibi olan məcburi köçkünlər öz peşəsi barədə məlumat verib, fəaliyyətlərini bundan sonra işğaldan azad olunmuş yerlərdə davam etdirəcəklərini bildirib, doğma yurdlarının ən abad guşələrdən birinə çevrilməsi üçün gənclərin də dəstək verməsinin əhəmiyyətini vurğulayıblar.