Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mədəniyyətə xidmətdə keçən ömür...

Mədəniyyətə xidmətdə keçən ömür...

Bakı, 5 yanvar, AZƏRTAC

Heydər Əliyev Sarayı - paytaxtımızın memarlıq simasında xüsusi yeri olan bu möhtəşəm məkan həm də ölkəmizdə mühüm tədbirlərin keçirildiyi baş səhnə, əsas konsert salonudur. İctimai-siyasi, mədəni-kütləvi tədbirlərə 45 ildir ev sahibliyi edən, Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran saray bu gün də qaynar həyatını yaşayır.

Yüksək səviyyəli təmir-bərpadan sonra yenidən qapılarını tamaşaçıların üzünə açan Heydər Əliyev Sarayı 2017-ci ildə 45 yaşını zəngin tədbirlərlə qeyd edib. Əlbəttə, sarayın davamlı olaraq öz tamaşaçılarına və Azərbaycana gələn xarici qonaqlara keyfiyyətli xidmət göstərməsində bu mədəniyyət müəssisəsinin fəaliyyətə başladığı gündən burada müxtəlif vəzifələrdə çalışan və 1989-cu ildən ona rəhbərlik edən Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayevin rolu və əməyi danılmazdır. Ömrünün 45 ilini bu saraya həsr edən Fərhad müəllimin yanvarın 5-də 70 yaşı tamam olur.

AZƏRTAC bu münasibətlə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevin yubilyara həsr etdiyi yazını təqdim edir.

Yüksək intellektə və bacarığa malik Fərhad müəllimin gərgin əməyi və zəhməti nəticəsində Heydər Əliyev Sarayı bu gün də ölkənin bir nömrəli sarayı adını qoruyub saxlaya bilir. Onu yaxından tanıyan bir insan kimi tam əminliklə deyə bilərəm ki, Fərhad müəllim bütün konsertləri şəxsən izləyir. Hətta o, afişalara baxmadan da hansı tarixdə hansı tədbirin olduğunu sizə deyə bilər. O, təkcə tədbir və konsertləri deyil, həm də tamaşaçıları izləyir. Çünki məhz tamaşaçıların əhval-ruhiyyəsi Fərhad müəllim üçün əsas göstərici və vacib şərtdir. Hər zaman işinin başında olan Fərhad Babayev hamıdan əvvəl işə gəlib, hamıdan sonra işdən gedir. Bunun səbəbini soruşanda isə Fərhad müəllim etiraf edir ki, ortaya çıxa biləcək hər hansı məsələnin həllinə və hər şeyin yüksək səviyyədə təşkilinə, ilk növbədə, o, cavabdehdir.

Qısa haşiyə çıxaq ki, ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk günlərdən bir çox tikinti işləri ilə yanaşı, indi onun adını daşıyan bu möhtəşəm sarayın tikintisi ilə də maraqlanıb və binanın başa çatdırılması üçün xüsusi göstərişlər verib. Beləliklə, sarayın illərlə ləngiyən tikintisi Ulu Öndərin qayğısı nəticəsində iki ilə başa çatıb və 1972-ci il dekabrın 11-də təhvil verilib. Üç gün sonra isə saray öz qapılarını tamaşaçıların üzünə açıb. O tarixi gündən 45 il keçsə də, bu gün Azərbaycan incəsənətinin nümayiş olunduğu əsas səhnə məhz bu məkan - Heydər Əliyev Sarayıdır. İndi Fərhad Babayevin rəhbərlik etdiyi bu səhnə bir çox möhtəşəm hadisələrə şahidlik edib. Xalqımızın böyük oğlu, Ulu Öndərin mədəniyyət sahəsinə sonsuz diqqəti və qayğısı bu saraya münasibətdə də hər zaman aydın nəzərə çarpıb. Elə bu səbəbdən də mədəniyyət ocaqları sırasında özünəməxsus yeri olan bu mərkəzi konsert salonu öz qurucusunun - ümummilli lider Heydər Əliyevin adını daşıyır.

Nəhayət, bu möhtəşəm saray özünün ikinci həyatına Prezident İlham Əliyevin diqqət və qayğısı ilə qədəm qoyub. Onun müvafiq qərarı ilə yüksək səviyyədə əsaslı təmir-bərpa olunan saray ümumilikdə dövlətimizin mədəniyyətə, onun inkişafına göstərdiyi münasibətin bariz nümunəsidir.

Bunun nəticəsidir ki, bu gün paytaxtımızın, ölkəmizin rəmzlərindən birinə çevrilən bu konsert müəssisəsi özünün gözəlliyi və möhtəşəmliyi ilə dünyanın seçilən mədəniyyət məkanları ilə bir sırada dayanır. Bu gün bir çox milli mənəvi dəyərlərimiz - muğam musiqisi, aşıq sənəti UNESCO-nun mədəni irs siyahısında yer alıb. Fərhad Babayevin peşəkarlıqla rəhbərlik etdiyi Heydər Əliyev Sarayı isə mədəniyyətimizin incisi hesab olunan bu sənət sahələrinin təbliği yönündə hər zaman çalışıb. Mədəniyyət ocağının tarixi yaddaşına nəzər yetirsək, müxtəlif dövlət əhəmiyyətli, beynəlxalq miqyaslı mərasimlərə, eləcə də insanların mədəni istirahətini təmin edən tədbir və konsertlərə ev sahibliyi etdiyini görərik. Məlumdur ki, Ulu Öndər bu sarayda xalq qarşısında and içərək Prezident kimi ilk nitqini söyləyib. Onun layiqli davamçısı İlham Əliyev də ölkə başçısı seçilərkən xalqa məhz bu məkandan səslənib. Azərbaycanın bir çox dövlət əhəmiyyətli tədbirləri Heydər Əliyev Sarayının ev sahibliyi ilə reallaşıb. İndinin özündə də Fərhad Babayevin rəhbərliyi ilə saray hər mövsümə böyük məsuliyyətlə, yüksək səviyyədə hazırlaşır.

Görkəmli musiqiçilərin yubileyləri, ənənəvi Bakı Caz festivalları, tanınmış müğənnilərin solo konsertləri bu sarayın bizə təqdim etdiyi mədəni proqramların yalnız bir hissəsidir. Son illər saray tərəfindən reallaşdırılan layihələrdə milli musiqimizin təbliği və bu sahədə gənc istedadların təqdimatı xüsusi nəzərə çarpır. Şərqin ən qədim musiqi janrlarından olan, xalqımızın mədəniyyətində, mənəvi dünyasında mühüm rol oynayan muğam sənəti daim saray rəhbərliyinin diqqət mərkəzindədir. Məhz Fərhad Babayevin təşəbbüsü, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə artıq bir neçə ildir ki, “Gəncləşən muğam” adlı layihə hazırlanaraq yüksək səviyyədə təqdim olunub. Əlbəttə, reallaşan bu tipli layihənin əsas məqsədi gənc muğam ifaçılarının tanınması və təbliğidir. Təbii ki, saray yalnız muğam ifaçılarına deyil, digər sənətçilərə də dəstək olur. Aşıq sənətinin layiqli davamçıları da mütəmadi olaraq bu səhnədə öz istedad və bacarıqlarını göstərmək imkanı əldə edirlər. Media nümayəndələrinə müsahibələrində Fərhad müəllim bildirib ki, sarayın repertuarını müəyyənləşdirərkən daha çox Azərbaycanın milli musiqisi, folklor sənət sahələri ilə yanaşı, müasir mədəniyyətdən də bəhrələnirlər. Hər bir yaş təbəqəsinin istəyi nəzərə alındığı üçün müasir dövrün tələblərinə uyğun musiqi janrlarının təbliği istiqamətində də tədbirlər təşkil edilir. Bir sözlə, Fərhad Babayevin rəhbərlik etdiyi kollektivin bir missiyası var: hər kəsin marağını nəzərə almaqla milli mənəvi dəyərlərimizi əks etdirərək fəaliyyət göstərmək. Görünən də odur ki, Fərhad Babayevin rəhbərlik etdiyi saray ölkənin mərkəzi konsert salonu olaraq, ölkə əhəmiyyətli və eyni zamanda, vətəndaşların istəklərinə uyğun tədbirlərə yer verir. Xüsusilə, son illər tamaşaçıların artan tələbatını ödəmək və zövqünü oxşamaq məqsədilə xeyli sayda müasir texniki avadanlıq - səhnənin qalxıb-enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transpartör lenti, konsert proqramının daha yüksək səviyyədə keçirilməsi üçün dünya standartlarına uyğun işıq və səs texnikası müxtəlif xarici ölkələrdən, o cümlədən Birləşmiş Ştatlar, Kanada və Yaponiyadan gətirilərək qurulub.

İstər sarayın təşkil etdiyi tədbirlər, istərsə də dövlət əhəmiyyətli mərasimlər, konsertlər zamanı Fərhad Babayevin rəhbərlik etdiyi kollektiv işinə eyni dərəcədə böyük məsuliyyətlə yanaşır. Çünki bu sarayın adı onun məsuliyyət yükünü daha da artırır.

Ömrünün 45 ilini məhz bu saraya həsr edən hörmətli Fərhad müəllim 2018-ci il yanvarın 5-i 70 yaşını qeyd edəcək. Mən şəxsən öz adımdan və təmsil etdiyim media sahəsinin təmsilçiləri adından bu dəyərli insanı yubiley münasibətilə səmimiyyətlə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, çoxşaxəli fəaliyyətində yeni uğurlar arzulayıram. İnanıram ki, məhz onun rəhbərliyi altında bu saray daha çox yaradıcılıq uğurları əldə edəcək, ən əsası isə qazandığı etimadı daim doğruldacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO