Məhəmməd Salah “Liverpul” klubunun tarixində yeni rekord müəyyənləşdirib
Bakı, 27 aprel, AZƏRTAC
“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah bu klubun tarixində yeni rekorda imza atıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Premyer Liqanın 36-cı turunda “Haddersfild” komandası ilə oyunda (5:0) dubl edən 26 yaşlı hücumçu klub tarixində ilk 100 oyununda ən çox qol vuran futbolçu olub. O, 100 görüşdə 69 dəfə fərqlənməyi bacarıb. Bundan əvvəl Rocer Hant və Sem Reybould ilk 100 görüşdə 68 dəfə fərqləniblər.
M.Salah 2017-ci ildə İtaliyanın “Roma” klubundan “Liverpul”a transfer olunub. O, cari mövsümdə Liverpul təmsilçisinin heyətində keçirdiyi 48 oyunda 25 qol vurub və 8 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]