Məktəblilərə fizika sahəsində əldə olunan yeniliklər barədə məlumat verilib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Bakı şəhərində yerləşən Yasamal rayonu 21 nömrəli tam orta məktəbin VI sinif şagirdləri ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə innovasiya sektorunun rəhbəri, fizika-riyaziyyat elmləri doktoru İlham Həsənov sektorun fəaliyyətindən danışıb. Qeyd edib ki, sektor müasir tədqiqat qurğuları və maddi-texniki baza ilə təchiz olunub.
Daha sonra institutun əməkdaşları şagirdlərə elmi müəssisənin fəaliyyəti, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri, fizika sahəsində əldə olunan ən son yeniliklər barədə ətraflı məlumat veriblər.